Gürcüstanda Saakaşvilinin partiyası seçkilərdə iştirak edə bilməyəcək
sizinxeber.az xəbər saytı

Gürcüstanda Saakaşvilinin partiyası seçkilərdə iştirak edə bilməyəcək


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.

"Sizinxeber.az" yerli KİV-ə istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.

"İndiki mərhələdə aydındır ki, komissiyasının rəyi bu partiyaların konstitusiyaya zidd elan edilməsi üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək", - Mdinaradze bildirib.

Beləliklə, "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar nəinki yerli özünüidarə orqanlarına seçkilərdə, heç bir başqa seçkidə iştirak edə bilməyəcəklər.

Oxşar xəbərlər

Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq
Gürcüstanda parlament seçkilərində koalisiya və bloklar iştirak edə bilməyəcək
Gürcüstanda müxalifət partiyaları konstitusiyaya zidd elan edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle