Gədəbəydə xəstəxana dünəndən bəri işıqsız qalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2024
17:38

Gədəbəydə xəstəxana dünəndən bəri işıqsız qalıb

09 in, 2024
17:38
1 774

Gədəbəydə xəstəxana dünəndən bəri işıqsız qalıb

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında və ətraf küçələrdə elektrik enerjisində yaranmış problem hələ də həllini tapmayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, transformatorda olan problem hələ də həll olunmayıb və dünən günün ikinci yarısından bu saata qədər xəstəxanada elektrik enerjisi yoxdur.

Sakinlər bildirib ki, xəstəxananın işıqlandırılması üçün generator quraşdırılmasına çalışılsa da, texniki nasazlıq səbəbindən bu da mümkün olmayıb.

Xatırladaq ki, Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, rayon Mərkəzi Xəstəxanasında və yaxın küçələrdə elektrik enerjisi kəsilib.

Bizimlə əlaqə saxlayın