İran ABŞ-dən 12 milyard dollardan çox kompensasiya tələb edir
İran Məhkəməsi ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar məbləğində kompensasiya ödəməsi haqqında qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) bağlı mənbə yayıb.
Məlumata əsasən, İran məhkəməsi sanksiya nəticəsində talassemiyadan əziyyət çəkən iranlı xəstələrə dəymiş fiziki və mənəvi ziyana görə ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar təzminat ödəməsinə qərar verib.
Xatırladaq ki, ötən ilin dekabrında İslam Respublikası məhkəməsi 2010-cu ildə ölkənin cənub-şərqindəki Çabahar liman şəhərində törədilən “terror hücumu” nəticəsində ölənlərin ailə üzvlərinə və yaralananlara ABŞ-nin 170 milyon dollar məbləğində kompensasiya ödəməsinə dair qərar qəbul etmişdi.
İranın “Mizan” saytı bildirib ki, həmin hadisə nəticəsində 39 nəfər ölüb, 70 nəfər yaralanıb.
Oxşar xəbərlər
Venesuela Ali Məhkəməsi “TikTok”u 10 milyon dollar cərimələyib
İsveç Ukraynaya 10 milyon dollardan çox vəsait ayırır
KİV: Suriya Əsədi dəstəklədiyi üçün İrandan 300 milyard dollar təzminat tələb edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
