Peskov: Tramp-Zelenski danışıqları Ukrayna münaqişəsinin həllinin mürəkkəbliyini göstərir
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında cümə günü aparılan danışıqlar zamanı baş verən insident Ukrayna münaqişəsinin nizamlanmasına nail olmağın nə qədər çətin olacağını nümayiş etdirib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, kollektiv Qərb kollektivliyini qismən itirməyə başlayıb, “kollektiv Qərbin parçalanması gedir, bir sıra ölkələrin və ölkə qruplarının mövqelərində nüanslar nəzərə çarpmağa başlayıb. Müharibəyə dəstək və hərbi əməliyyatların davam etdirilməsini təmin etmək baxımından Ukraynanı bundan sonra da dəstəkləməyə hazır olduğunu bəyan edən ölkə qrupları qalır.
Eyni zamanda, Peskov vurğulayıb ki, gündəlikdə hansısa koordinasiya edilmiş, müfəssəl sülh planının olduğunu söyləmək hələ tezdir.
Oxşar xəbərlər
Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Trampın bəyanatlarında müsbət siqnallar olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: ABŞ ilə sülh planının müzakirəsindən sonra Rusiya ilə danışıqlar aparmağa hazıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Rusiya və İran prezidentləri cümə günü Moskvada danışıqlar aparacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













