Rusiya bazarını tərk edən ABŞ biznesinin zərəri 300 milyard dolları ötüb
sizinxeber.az xəbər saytı

Rusiya bazarını tərk edən ABŞ biznesinin zərəri 300 milyard dolları ötüb


ABŞ biznesi Rusiya bazarını tərk etdiyi üçün 300 milyard dollardan çox vəsait itirib.

“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bu gün Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə danışıqlardan əvvəl jurnalistlərə bildirib.

"Mən müzakirələrin iqtisadi aspektinə görə cavabdeh olacağam. İndi ilk dəfə səsləndirdiyimiz rəqəm budur ki, Rusiya bazarını tərk edən ABŞ biznesinin zərəri 300 milyard dollardan çoxdur", - K.Dmitriyev qeyd edib.

"Müvafiq olaraq birgə iqtisadi yolların, məsələlərin müsbət həllinin tapılması əsasən ABŞ və Rusiya Federasiyası bazarının son dərəcə cəlbedici olduğunu və burada iştirak etməyin vacibliyini başa düşməyə başlayan bir çox digər ölkələr üçün son dərəcə vacibdir", - o əlavə edib.

Oxşar xəbərlər

ING Rusiya biznesinin satışından 700 milyon avro ziyana düşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lloyd Ostin: Rusiya Ukrayna ilə müharibəyə 200 milyard dollar xərcləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı 174 milyard dollardan çox vəsait ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın məşhur pərakəndə ticarət şəbəkəsi Rusiya bazarını tərk edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin neft xidmətləri göstərən şirkəti Rusiyadakı mövcudluğunu genişləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər