ING Rusiya biznesinin satışından 700 milyon avro ziyana düşəcək
Hollandiyanın “ING Groep NV” bankı malik olduğu Rusiya biznesini satmağa və faktiki olaraq ölkəni tərk etməyə razılaşıb ki, bu da ona 700 milyon avro (730 milyon ABŞ dolları) zərər gətirəcək.
“Sizinxeber.az” “Bloomberg”ə istinadən xəbər verir ki, ING "ING Bank (Avrasiya)" SC-ni Rusiyanın “Global Development” şirkətinə satmağı planlaşdırır. Sövdələşmənin dəyəri açıqlanmır.
Daha əvvəl bank Rusiyadakı fəaliyyətini tədricən azaldaraq səhmdarlar üçün xərcləri məhdudlaşdıracağına söz vermişdi. Ötən ilin sentyabrın 30-na olan vəziyyətə görə, ING-nin rusiyalı müştərilərlə bağlı ofşor riskləri 1 milyard avro təşkil edib. Bank bu riskləri daha da azaltmağı planlaşdırdığını bildirib.
Tənzimləyici orqanların təsdiqini tələb edən sövdələşmədən əvvəl ING hərtərəfli yoxlama aparıb. Satışın üçüncü rübdə başa çatacağı gözlənilir.
Oxşar xəbərlər
Polşa Rusiya və Belarusla sərhədini qorumaq üçün Aİ-dən 52 milyon avro alacaq
Aİ Ukraynaya 160 milyon avro ayıracaq
Aİ Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
AİB Ukraynanın enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün 86 milyon avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













