Türkiyədə yoxlamalar zamanı 210-dan çox hotel möhürlənib
Türkiyədə nəzarət orqanları yanğın təhlükəsizliyi normaları və lazımi lisenziyaların mövcudluğu ilə bağlı aparılan yoxlamalar zamanı 210-dan çox hoteli möhürləyib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məşhur Uludağ xizək kurortunun yerləşdiyi Bursa vilayətində 161 hotel və villa möhürlənib.
Bu obyektlərdə biznes lisenziyalarının olmaması və otaqların təchizatı üzrə təhlükəsizlik tələblərinin pozulması aşkar edilib.
Xatırladaq ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş verib. Yanğın zamanı hoteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı 28 nəfərin saxlanıldığını bildirib.
Oxşar xəbərlər
Türkiyədə xizək kurortundakı yanğınla bağlı 28 nəfər saxlanılıb
Türkiyədə hoteldə baş verən yanğın zamanı ölənlərin 36-sı uşaq olub
Türkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
Türkiyədə hoteldə baş verən yanğına görə saxlanılanların sayı 14-ə çatıb - YENİLƏNİB
Türkiyədə hoteldə baş verən yanğına görə saxlanılanların sayı 13-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
