Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş müavininin müdafiəsi açıq məhkəmə tələb edir
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanın müdafiəsi açıq məhkəmə keçirilməsində israr edir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkilləri Varazdat Arutyunyan və Armen Andrikyanın bəyanatında deyilir.
"Müdafiə tərəfi məhkəmənin açıq rejimdə keçirilməsində, prosesin ictimailiyi və cəmiyyətin məlumatlılığının təmin edilməsində israr edəcək", - sənəddə qeyd olunub.
Vəkillər bildiriblər ki, iş üzrə ilkin istintaq başa çatıb və məhkəməyə göndərilib. İstintaq 4 il davam edib.
"İttiham üzrə Xaçatryana azadlıqdan məhrum etmə təhlükəsi olmasa da, hakim Masis Melkonyanın qərarı ilə o, 24 gündür qanunsuz həbsdədir", - məlumatda qeyd edilib.
Qeyd edək ki, daha əvvəl baş qərargah rəisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə cinayət işi açılıb.
Oxşar xəbərlər
Ermənistan Baş Qərargah rəisinin keçmiş birinci müavini həbs edilib
Ermənistan Baş Qərargah rəisinin keçmiş birinci müavini saxlanılıb
Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini həbs edilib
Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
