Tacikistan Prezidenti yeni müdafiə naziri təyin edib
sizinxeber.az xəbər saytı

Tacikistan Prezidenti yeni müdafiə naziri təyin edib


Emomali Sobirzoda Tacikistanın yeni müdafiə naziri təyin edilib.

“Report” Tacikistan mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı ölkə Prezidenti Emomali Rəhmon imzalayıb.

Yeni təyinata qədər E.Sobirzoda müdafiə nazirinin birinci müavini olub.

2013-cü ildən Tacikistan Müdafiə Nazirliyinə rəhbərlik edən Şerali Mirzo isə hökumət yanında Dövlət Sirrinin Mühafizəsi İdarəsinin rəhbəri təyin edilib.

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini Bobocon Saidzoda icra edəcək.

Oxşar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər