Kobaxidze: Trampın hakimiyyətdə olacağı dörd ilin sakit keçəcəyinə ümid edirik
Gürcüstan ABŞ ilə münasibətləri keyfiyyətcə yeniləməyə və bu ölkə ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırdır.
“Sizinxeber.az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
O, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın vəzifələrinin icrasına başlamasından sonra münasibətlərdə dəyişikliyə hazır olduqlarını söyləyib.
“Biz münasibətləri əhəmiyyətli dərəcədə bərpa etməyə, ABŞ ilə strateji münasibətləri sıfırdan yeniləməyə hazır olduğumuzu və bunu istədiyimizi bir daha təsdiqləyə bilərik. Ümid edirik ki, bu istiqamətdə mühüm uğurlarımız olacaq”, - o deyib.
D.Trampın bu gün baş tutacaq andiçmə mərasiminə toxunan Kobaxidze həmçinin qeyd edib ki, son dörd il bütün dünyada çətin olub və Gürcüstanda dörd inqilab cəhdi olub. Baş nazir Trampın hakimiyyətdə olacağı qarşıdakı dörd ilin xeyli sakit keçəcəyinə ümid etdiyini və bunun Gürcüstana da müsbət təsir göstərəcəyini bildirib.
“Prezident Trampın çox iddialı planı var – bu, “dərin dövlət”in yaradılması üzərində qələbə qazanmaq planıdır. Ona bu işdə uğurlar arzulayırıq. Bu işdə qələbə Gürcüstan-Amerika münasibətlərinin normallaşması üçün həlledici əhəmiyyət kəsb edəcək”, - o qeyd edib.
Oxşar xəbərlər
İrakli Kobaxidze: ABŞ-nin yeni administrasiyası ilə münasibətlərin yenidən qurulmasına ümid edirik
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
Kobaxidze: Gürcüstana miqrantların qayıdışı təxminən üç-dörd ildən sonra başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
