Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.
Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.
“Əgər sən varsansa, varam”, - deyə Ərdoğan cavab verib.
Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.
Oxşar xəbərlər
Ərdoğan daha bir müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb
Ərdoğan BMT Baş Assambleyasından öncə Harrislə görüşməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
