Mirzоyan: Ermənistan Azərbaycan və Türkiyə arasında əlaqələndirici halqa olmaq istəyir
sizinxeber.az xəbər saytı

Mirzоyan: Ermənistan Azərbaycan və Türkiyə arasında əlaqələndirici halqa olmaq istəyir


Ermənistan Azərbaycan və Türkiyə üçün maneə deyil, onlar arasında əlaqələndirici halqa olmaq istəyir.

“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.

"Ermənistan Respublikası maneə olmaq istəmir. Biz 21-ci əsrdə yaşayırıq. Bütün ölkələr digərləri ilə münasibətlər qurmaq, ticarət etmək istəyir. Bu, dövlətlərin həyati maraqlarından irəli gəlir. Biz digər dövlətlər, qonşularımız arasında maneə deyil, körpü olmaq istəyirik", - A.Mirzоyan vurğulayıb.

O həmçinin qeyd edib ki, əgər Ermənistan və Türkiyə arasında sərhəd açılarsa və etimad yaranarsa, erməni sərhədçiləri rusiyalıların əvəzinə sərhədi özləri qoruya bilərlər.

Oxşar xəbərlər

XİN rəhbəri: Türkiyə ilə sərhədi Rusiya yox, Ermənistan hərbçiləri özləri qoruya biləcək
Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər