İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus Hava-Kosmik Qüvvələri ABŞ ordusunun Bəhreyndə yerləşən radar sistemini hədəfə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.
Bildirilib ki, bir neçə saat öncə SEPAH qüvvələri Sirik şəhərinə edilən hava hücumuna cavab olaraq hərəkətə keçib. Nəticədə ABŞ-nin Bəhreyndəki erkən xəbərdarlıq radar sisteminə zərbə endirilərək qurğu tamamilə sıradan çıxarılıb.