Abşeron rayonunda qadın ehtiyatsızlıqdan zəhərlənərək ölüb.

Sizinxeber.Az-ın məlumatına görə, hadisə noyabrın 11-i saat 11 radələrində rayonun Mehdiabad qəsəbəsində baş verib.

Qəsəbə sakini 1937-ci il təvəllüdlü Əzət İsmayıl qızı Xəlilova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.