Polis Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə bağlı daha üç nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş verən insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən daha üç nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.