İran SWIFT sistemini ACUMER-lə əvəzləyib
İran SWIFT (“Society for Worldwide Interbank Financial Telecommunication” - Dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması) sistemini ACUMER maliyyə mübadilə sistemi ilə əvəzləyib.
“Sizinxeber.az” İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Məhəmməd Reza Fərzin bildirib.
Məlumata görə, Rusiya ilə ikitərəfli valyuta müqaviləsi bağlanıb. Anlaşmaya əsasən, tərəflər arasında dollar ödənişlərdən tamamilə çıxarılıb, əvəzedici kimi tümən və rubl dövriyyəyə buraxılıb. ACUMER sistemi Hindistan, Pakistan və Asiya Klirinq (Klirinq - qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemi) İttifaqına daxil olan başqa ölkələrlə əməkdaşlıq etməyə imkan verir.
M. Fərzin qeyd edib ki, son iki ildə bank şəbəkəsinə kiberhücumlar tez-tez baş verir: "Bu, onun sabitliyinin gücləndirilməsini tələb edir. Müəyyən tədbirlər görülsə də, hələ ki, bunlar kifayət deyil”.
Oxşar xəbərlər
İranla Rusiya maliyyə və valyuta sahələrində əməkdaşlığı genişləndirməyə razılaşıb
ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək
Britaniyanın ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb
AMB iqlim dəyişikliyi ilə bağlı maliyyə sistemini dəstəkləməyə çağırıb
İran Mərkəzi Bankı rəqəmsal rial dövriyyəyə buraxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












