Putin: Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası sülh sazişinə aparan doğru yoldur
Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh sazişinə aparan doğru yoldur.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə iclası zamanı deyib.
"Demarkasiya, sərhədlərin delimitasiyası prosesinin başlamasını qeyd etmək çox xoşdur. Bu, həqiqətən də sülh müqaviləsinə aparan doğru yoldur", - o, Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışından sonra bildirib.
Qeyd edək ki, N.Paşinyan çıxışı zamanı bildirib ki, Bakı və İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qüvvəyə mindikdən sonra sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər.
Oxşar xəbərlər
Paşinyan: Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər
Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasına toxundu
Rusiya Prezidenti: Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur
Rusiya Prezidenti Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını təqdir edib
Azərbaycan və Ermənistan XİN-lərinə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi təlimatı verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













