Gürcüstan DTX seçkilər ərəfəsində planlaşdırılan təxribat barədə xəbərdarlıq edib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan təxribat barədə xəbərdarlıq edib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bununla bağlı qurum məlumat yayıb.
DTX-nin məlumatına görə, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səsləri və videogörüntülərindən istifadə edərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar.
"Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək. Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma yaratmaq, hökumət ilə pravoslav kilsəsi arasında düşmənçilik törətmək və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Oxşar xəbərlər
ABŞ Gürcüstandakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib
Gürcüstanda parlament seçkilərində koalisiya və bloklar iştirak edə bilməyəcək
ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb
Gürcüstanda keçiriləcək parlament seçkilərində 13 azərbaycanlı mübarizə aparacaq
ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













