WP: Qanunsuz “Starlink” terminalları rusiyalılara cəbhədə irəliləməyə kömək edir
“SpaceX” şirkətinin qanunsuz “Starlink” terminalları Rusiyanın Ukraynada döyüş meydanında irəliləməsinə, xüsusilə də Donetsk vilayətindəki Vuhledar şəhərini ələ keçirməsinə kömək edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adıçəkilməyən Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, əvvəllər Ukrayna ordusu sayca üstün və daha yaxşı silahlanmış Rusiya ordusuna qarşı əsas üstünlüyə – “Starlink” terminalları vasitəsilə internetə çıxışa malik olsa da, indi ondan Rusiya hərbçiləri də istifadə edir.
Qanunsuz “Starlink” terminalları Rusiya qoşunlarına hücumlar zamanı koordinasiyanı yaxşılaşdırmaq üçün peyk internetindən istifadə etməyə, daha çox pilotsuz uçuş aparmağa və artilleriyadan daha dəqiq istifadə etməyə imkan verir. Cihazlar komandirlərə dronlar vasitəsilə döyüş meydanını real vaxt rejimində görməyə və hərbçilər arasında təhlükəsiz rabitə təmin etməyə imkan verir, halbuki terminallar Moskvaya Amerika elektronikasının tədarükünə qoyulan qadağaya daxildir.
Lakin Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya tərəfinə “Starlink” terminallarının tədarükü üçün qara bazar mövcuddur və onların yayılması Rusiyanın son hücumları zamanı qələbələrinin mühüm amili olub.
Donetsk vilayətindəki müxtəlif bölmələrdən olan altı Ukrayna əsgəri və zabiti WP-yə təsdiq edib ki, Rusiya texnoloji boşluğu aradan qaldıraraq öz qüvvələrini daha möhkəmləndirib və hücumların sayını və dəqiqliyini artırıb.
Oxşar xəbərlər
Ukrayna ordusu Rusiya ərazisində "Starlink"dən istifadə edə bilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin şirkəti Azərbaycanın bölgələrində peyk rabitəsi xidmətinə dəstək olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












