sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib.
"Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər", – o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.
Oxşar xəbərlər
“Hizbullah” Həsən Nəsrullahın ölümünü təsdiqləyib
"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
İsrail müxalifətinin lideri: Həsən Nəsrullahın ölümü təhlükəsizliyimiz üçün mühüm nailiyyətdir
İsrail Müdafiə Ordusu: Həsən Nəsrullah ölüb
Livan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













