Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur
Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü çatır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, builki seçkilərin görünməmiş kənar müdaxilə fonunda keçirilməsi çox təəssüf doğurur. Bu da seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır.
"Çox təəssüf ki, minlərlə təhdid, şantaj eşidirik. Bütün bunların bir səbəbi var - Gürcüstan ikinci cəbhəni açmayıb ki, bu da bəzi konkret insanları əsəbləşdirir. Onlar ümid edirlər ki, seçkilərdən sonra ikinci cəbhə açmaq üçün yenə də öz agentlərini hakimiyyətə qaytara biləcəklər. Gürcüstan cəmiyyəti qanlı rejimin müəlliflərini hakimiyyətə qaytarmayacaq”, - deyə İrakli Kobaxidze bildirib.
Oxşar xəbərlər
İrakli Kobaxidze: Gürcüstan “ikinci cəbhə” açmayaraq sülhü qorudu
Baş nazir: Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər cəzalandırılacaq
Kobaxidze: Qlobal müharibə tərəfdarları ABŞ-nin Gürcüstanla bağlı qərarlarına təsir edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
