Kobaxidze: Qlobal müharibə tərəfdarları ABŞ-nin Gürcüstanla bağlı qərarlarına təsir edir
Qlobal müharibə tərəfdarları ABŞ-nin Gürcüstanla bağlı qərarlarına təsir edir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Gürcüstanda “Xarici agentlər haqqında" qanunun fəaliyyət göstərməsindən danışarkən əlavə tədbirlərin görülməsini istisna etməyib. O, “Gürcü Arzusu” üzvlərinə və deputatlara qarşı tətbiq edilən sanksiyaları və 95 milyon dollarlıq yardımın dayandırılmasını da xatırladıb.
“Qlobal müharibə tərəfinin konkret strukturlara, o cümlədən ABŞ-də və çox təəssüf ki, Dövlət Departamentində ciddi təsiri var. Ona görə də 95 milyon dollara gəlincə, biz bu pulun mahiyyətini öyrənə bilmədik. Sadəcə olaraq, biz hansı 95 milyondan söhbət getdiyini başa düşə bilmədik”, - deyə İ.Kobaxidze bildirib.
“Gürcü Arzusu” liderlərinin fikrincə, qlobal müharibə tərəfi xaricdə Gürcüstanı müharibəyə sürükləməyə və Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışan güclü siyasətçilərdir.
Oxşar xəbərlər
Kobaxidze: ABŞ-nin Gürcüstana qarşı yeni sanksiyalarla bağlı bəyanatı şantajdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda xarici agentlər haqqında qanuna dəyişikliklər edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakim partiyanın sədri: “Gürcüstan Moldova və Ukraynadan əvvəl Aİ-yə daxil olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Gürcüstan “ikinci cəbhə” açmayaraq sülhü qorudu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq Gürcüstan üçün vacib deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












