Antalyada qanunsuz fəaliyyət göstərən iki rusdilli məktəb qapadılıb
Türkiyənin Antalya şəhərində qanunsuz fəaliyyət göstərən rusiyalıların iki məktəbinin bağlanması barədə qərar qəbul edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, təhsil müəssisələrindən birinin fəaliyyəti artıq dayandırılıb.
Digəri haqqında isə məhkəmə tərəfindən icranın dayandırılması barədə qərar verilib.
Həmçinin fəaliyyəti qanunsuz hesab edilən, rusiyalılara və ukraynalılara aid daha bir neçə məktəb və uşaq bağçası haqqında da araşdırmalar başlanıb.
Qeyd edək ki, avqustun 26-da Antalya şəhərində rusiyalı və ukraynalılara aid üç qanunsuz məktəb aşkar edilmişdi.
Məlumata görə, həmin təhsil müəssisələrində Türkiyənin məktəbləri tənqid edilirdi.
Oxşar xəbərlər
Türkiyədə rusiyalı və ukraynalılara aid üç qanunsuz məktəb aşkar edilib
İzmir sahillərində 200-ə yaxın qanunsuz miqrant saxlanılıb, 64-ü xilas edilib
Türkiyə sahillərində onlarla qanunsuz miqrant xilas edilib
Regional Təhsil İdarəsi: İmişlidə yeni məktəb binasının tikintisinə başlanılacaq
Türkiyədəki üç alman məktəbinə yerli vətəndaşların qəbulu dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













