sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Hakim partiya: Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalıdır
Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalı və bunun üçün ölkə Konstitusiyasına dəyişikliklər etməlidir.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının bəyanatında qeyd edilib.
“Ölkəmizin əsas vəzifələrindən biri Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Əgər ərazi bütövlüyü sülh yolu ilə bərpa olunarsa, ölkə Konstitusiyasına dəyişiklik etmək lazım gələcək. Çünki Gürcüstanın idarəetmə sistemi və ərazi-dövlət quruluşu yeni reallıqlara uyğun olmalıdır”, - bəyanatda vurğulanıb.
Partiyanın açıqlamasında o da bildirilib ki, ölkə ilə bağlı hər an vəziyyət dəyişə bilər və hakimiyyət də buna hazır olmalıdır.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
