ABŞ-nin hücumuna məruz qalmış İran gəmisindəki dənizçilərdən birinin meyiti tapılıb - YENİLƏNİB
Dünən ABŞ-nin İran gəmisinə hücumundan sonra itkin düşən dənizçilərdən birinin meyiti tapılıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı İranın Minab dairəsinin qubernatoru Məhəmməd Radmehrin bəyanatına istinadən məlumat yayıb.
Radmehr bildirib ki, axtarış qrupları itkin düşən digər dörd dənizçinin axtarışlarını davam etdirir.
Daha əvvəl məlumat verilmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranın ticarət gəmisinə hücum edib, nəticədə 10 nəfər yaralanıb, 5 nəfər isə itkin düşmüş hesab edilirdi.
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İranın ticarət gəmisinə hücum edib, nəticədə 10 nəfər yaralanıb, 5 nəfər itkin düşüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hücum ötən gün Hörmüz boğazı və Makran dənizi (Omanda) sularında baş verib, burada Minab mahalının sahilləri yaxınlığında olan yük gəmisi vurulub.
Məlumata görə, gəminin göyərtəsində ümumilikdə 15 dənizçi olub. Axtarış-xilasetmə işləri aparılır.
Oxşar xəbərlər
ABŞ-nin Hörmüzdə İran gəmisinə hücumu nəticəsində 10 dənizçi yaralanıb
ABŞ İranın hərbi gəmisini vurdu: 100-dən çox ölən var
Litvada itkin düşən amerikalı hərbçilərdən daha birinin meyiti tapılıb
Husilər Yəmən yaxınlığında gəmiyə hücum edib, yaralananlar, itkin düşənlər var
Ötən gün itkin düşən 9 nəfər tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
