IRIB: Hörmüz boğazında ABŞ ilə İran arasında qarşılıqlı hücumlar qeydə alınıb
ABŞ İranın neft tankerinə hücum edib və İslam Respublikası buna cavab olaraq Amerikanın mövqelərinə raket zərbələri endirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbi mənbəyə istinadən IRIB məlumat yayıb.
"ABŞ ordusunun İran neft tankerinə hücumundan sonra, Hörmüz boğazı ərazisində hücumu həyata keçirən düşmən bölmələri İranın raket atəşinə məruz qalıb", - məlumatda bildirilib və əlavə olunub ki, ABŞ ordusu itki verərək geri çəkilib.
Qeyd edək ki, daha əvvəl Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsinin eşidildiyi barədə xəbər yayılıb. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərinin qırıcıları vasitəsilə Bəndər-Abbas limanının bombalandığını iddia edib. Digər məlumatda isə Bəndər-Abbasa PUA hücumu və Sirikdə partlayış təkzib olunub.
Oxşar xəbərlər
Sirikdə partlayış və Bəndər-Abbasa PUA hücumu xəbərləri təkzib edilib
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
Keşm adası və Bəndər-Abbas limanında partlayış səsləri eşidilib
BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib
"Reuters": İran ələ keçirilən gəmiləri Bəndər-Abbas limanına aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
