Türkiyədə oğurluq edən 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxıb
sizinxeber.az xəbər saytı

Türkiyədə oğurluq edən 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxıb


İstanbulun Sarıyer rayonunda 10 yaşlı oğlan ticarət mərkəzində bir qadının çantasını oğurlayıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qadın çantasının oğurluğu ilə bağlı polisə məlumat verib. Dərhal ərazidəki müşahidə kameralarına baxış keçirilib. Məlum olub ki, çantanı azyaşlı oğurlayıb və taksiyə əyləşərək ərazidən uzaqlaşıb.

Taksidə saxlanılaraq polis bölməsinə aparılan 10 yaşlı D.T. haqqında aparılan yoxlama onun əvvəllər oğurluqla bağlı 92 cinayət qeydinin olduğunu ortaya çıxarıb.

D.T. əlavə işlənmə üçün Sarıyer Yetkinlik Yaşına Çatmayanlar Bürosuna aparılıb, oğurlanan əşyalar isə sahibinə qaytarılıb. Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.

Oxşar xəbərlər

ABŞ-də oğurlanan uşaq 73 il sonra tapılıb
Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 min 750 manat oğurlayıb
Gəncədə yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb
Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər