Kostanyan: Ermənistan və Fransa mayda strateji tərəfdaşlıq sənədi imzalayacaqlar
sizinxeber.az xəbər saytı

Kostanyan: Ermənistan və Fransa mayda strateji tərəfdaşlıq sənədi imzalayacaqlar


Ermənistan və Fransa may ayının əvvəlində strateji tərəfdaşlıq sənədi imzalamaq niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyanın efirində bildirib.

Onun sözlərinə görə, imzalanma Fransa Prezidenti Emmanuel Makronun ölkəyə səfəri zamanı baş tutacaq.

"Fransa Prezidenti Emmanuel Makron Ermənistana dövlət səfəri edəcək. Ermənistan-Fransa münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş geniş gündəliyimiz var. Bu səfər zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq", - Kostanyan qeyd edib.

O, hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, müxtəlif sahələr üzrə bir sıra digər əməkdaşlıq müqavilələrinin də planlaşdırıldığını aydınlaşdırıb.

Qeyd edək ki, Makron 4-5 mayda Ermənistana dövlət səfəri edəcək.

Oxşar xəbərlər

Makron Ermənistana dövlət səfəri edəcək
Ermənistan, Fransa və Litva İrəvan-Bakı normallaşma prosesini müzakirə edib
Kostanyan: Fransa şirkətlərinin Sünikdə infrastruktur layihəsinin həyata keçirilməsində iştirakı planlaşdırılır
Makron: Fransa ABŞ-nin yeni rəhbərliyi ilə İranla bağlı strateji müzakirə aparmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər