Şakarişvili: Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazda əməkdaşlıq və sabitlik üçün açardır
Gürcüstanın tanınmış siyasi xadimi, politoloq, "Vahid Neytral Gürcüstan" partiyasının icraçı katibi Vato Şakarişvili Azərbaycanın regiondakı iqtisadi təşəbbüslərini yüksək qiymətləndirib.
O, "Report"un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Azərbaycanın iqtisadi layihələri və Gürcüstanla əməkdaşlığı Cənubi Qafqazın qlobal rolunun artmasında mühüm əhəmiyyət daşıyır.
Politoloqun sözlərinə görə, müasir dövrdə əlaqəlilik və ortaq iqtisadi layihələr beynəlxalq gündəmdə əsas çağırışlardan biridir və bu baxımdan, region daxilində əməkdaşlıq xüsusi önəm kəsb edir.
"Bu yanaşma regionun ümumi maraqlarına xidmət edir. Məqsədimiz Cənubi Qafqazda əməkdaşlıq platformasının formalaşdırılması, sülh və sabitliyin təmini, daha çox birgə iqtisadi və ticarət layihələrinin həyata keçirilməsidir", - deyə Şakarişvili vurğulayıb.
O qeyd edib ki, bu əməkdaşlıq formatı yalnız regional deyil, həm də qlobal iqtisadi proseslərə təsir göstərmək potensialına malikdir. Bu proseslər nəticəsində regionun dünya ticarətində rolu daha da güclənə bilər.
Şakarişvili əlavə edib ki, uğurlu əməkdaşlıq həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan xalqlarının rifahına töhfə verəcək.
Gürcüstanın da tranzit və əlaqəlilik baxımından mühüm rol oynadığını vurğulayan politoloq bildirib ki, Şərq-Qərb istiqamətində yüklərin, məhsulların və enerji resurslarının daşınmasında ölkə əsas körpü funksiyasını yerinə yetirir:
"Biz, müxalif siyasi qüvvə olaraq, Azərbaycanla əməkdaşlıq formatlarını dəstəkləyirik. Hesab edirik ki, bu mexanizmlər ölkəmizin real təhlükəsizlik təminatı, həmçinin regionda sabitlik və inkişafın əsas zəmanətidir".
Oxşar xəbərlər
Gürcü ekspert: Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpası region üçün tarixi hadisə idi
Nikol Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir
Vato Şakarişvili: Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil
ATƏT-in baş katibi: Gürcüstanda sabitlik region üçün həyati əhəmiyyət daşıyır
Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
