Xətibzadə: İran ABŞ ilə birbaşa danışıqların yeni raunduna hazır deyil
ABŞ-nin maksimalist tələbləri İranla birbaşa danışıqların növbəti raundunun keçirilməsinə mane olur.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində "Associated Press"ə müsahibəsində bildirib.
O, Ağ Ev rəhbəri Donald Trampın bəyanatlarını təkzib edərək İranın öz zənginləşdirilmiş uranını ABŞ-yə verməyəcəyini qeyd edib.
"Sizə deyə bilərəm ki, zənginləşdirilmiş uran Birləşmiş Ştatlara göndərilməyəcək. Bu heç müzakirə də olunmur, biz çox şeyi müzakirə etməyə hazırıq, ancaq bu məsələdə güzəştə getməyəcəyik", - nazir müavini vurğulayıb.
Xətibzadə həmçinin ABŞ-ni İrana həddindən artıq tələblər irəli sürməkdə ittiham edib.
"Biz real görüşə (birbaşa danışıqlara - red.) hələ hazır deyilik, çünki elə məsələlər var ki, amerikalılar bu barədə öz maksimalist mövqelərindən əl çəkməyiblər", - o bildirib və əlavə edib ki, İran əyani görüşə keçməzdən əvvəl çərçivə sazişi bağlamağa çalışır.
İran rəsmisi tərəflər arasındakı mübahisəli məsələləri sadalamayıb, lakin Vaşinqtonu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı narahatlığı nəzərə almağa çağırıb, bunu ölkəsinə və onun xalqına qarşı "iqtisadi terror" adlandırıb.
Atəşkəs rejiminə baxmayaraq, İsrailin Livana hücumlarının yenidən başlamasına İranın reaksiya verib-verməyəcəyi ilə bağlı suala Xətibzadə belə cavab verib: "İranın təcavüzü birdəfəlik dayandırmaqdan başqa seçimi yoxdur".
Oxşar xəbərlər
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
İran və Ermənistanın XİN başçılarının müavinləri regional məsələləri müzakirə ediblər
İran ABŞ ilə danışıqların beşinci raundunun keçirilməsi təklifini alıb
İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib
Səid Xətibzadə: İran regiondakı bütün dost ölkələrə, o cümlədən Azərbaycana minnətdardır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
