İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
sizinxeber.az xəbər saytı

İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər


Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib.

"Bu məsələdə bizim üçün heç bir qeyri-müəyyənlik yoxdur. Qarşı tərəf adından danışa bilmərəm, onların siyasəti hamını çaşdırmağa hesablanmış ola bilər. Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır. Əlbəttə, söhbət atəşkəsdən sonrakı dövrdən gedir. Minalar və təhlükəsizlik məsələləri səbəbindən bir sıra texniki məhdudiyyətlər ola bilər", - o bildirib.

Xətibzadə qeyd edib ki, Hörmüz boğazı blokadada deyil.

Daha əvvəl İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığıın mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa etdiyini bəyan etmişdi.

Oxşar xəbərlər

İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib
Hörmüz boğazı açıqdır - Arakçı
Əraqçi Hörmüz boğazının açıldığını bildirib
İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır
İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər