Rusiya FHN: Dağıstanda 117 yaşayış evi hələ də su altındadır
Dağıstanın dörd yaşayış məntəqəsində 120-yə yaxın ev su altında qalmaqda davam edir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.
"Dağıstan Respublikasında dörd yaşayış məntəqəsində 117 yaşayış evi, 122 həyətyanı sahə və 6 avtomobil yolu sahəsi hələ də su altındadır. İki bələdiyyədə enerji təchizatının bərpası istiqamətində işlər davam etdirilir. 537 nəfər, o cümlədən 159 uşaq 15 müvəqqəti yerləşdirmə məntəqəsindədir", - məlumatda qeyd olunub.
Məlumata görə, Şimali Qafqazda əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına 2 mindən çox mütəxəssis və 680 vahid texnika, eləcə də Rusiya FHN-in aviasiyası cəlb olunub.
Oxşar xəbərlər
Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır
Dağıstanda 129 yaşayış evi su altında qalmaqdadır
Dağıstanda güclü yağışdan sonra 500-dən çox ev su altında qalıb
Dağıstanda güclü yağışlardan sonra 500-dən çox ev su altında qalıb
Dağıstanda leysandan sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
