Dağıstanda leysandan sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalır
sizinxeber.az xəbər saytı

Dağıstanda leysandan sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalır


Dağıstanda (Rusiya) subasmalarından sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalmaqdadır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə TASS-a Rusiya Föbqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

"Dağıstanın yeddi yaşayış məntəqəsində 500-dən çox yaşayış evi su basmış vəziyyətdə qalmaqdadır. Müvəqqəti yerləşdirmə məntəqələrində 544 nəfər, o cümlədən 182 uşaq yaşayır", - qeyd olunub.

Dağıstanın zərər çəkmiş rayonlarında bərpa işləri və sanitar təmizləmə davam etdirilir. Dərbənd rayonuna FHN-in Don xilasetmə mərkəzinin 100 xilasedicisi və 30 ədəd texnikası cəlb olunub.

Oxşar xəbərlər

Dağıstanda leysan yağışları səbəbindən mindən çox ev su altında qalmaqdadır
Dağıstanda güclü yağışdan sonra 500-dən çox ev su altında qalıb
Dağıstanda güclü yağışlardan sonra 500-dən çox ev su altında qalıb
Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır
Dağıstanda regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər