Alen Simonyan Türkiyədə Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib
Ermənistan parlamentinin spikeri Alen Simonyan aprelin 17-si İstanbulda azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib, tərəflər arasında fikir ayrılıqlarının olmadığını qeyd edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Simonyan Azərbaycanın "Real TV" telekanalına bildirib.
"Görüş (Sahibə Qafarova ilə - red.) yaxşı keçdi. Bizim heç bir fikir ayrılığımız olmadı. Siz təəccüblənə bilərsiniz, lakin fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma, əməkdaşlıq və gələcək əməkdaşlıq üçün planlar var. Müzakirələr zamanı heç bir əngəlimiz yoxdur və ümid edirəm ki, olmayacaq", - o deyib.
Bakı ilə İrəvan arasında ticari-iqtisadi əlaqələrin qurulması ilə bağlı sualı cavablandıran Simonyan qarşılıqlı ticarətin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
"Mən çoxdandır bu barədə deyirəm: ticarət aparmalıyıq. Düşünürəm ki, bu əməkdaşlığı genişləndirməliyik. Bildiyim qədəriilə, sahibkarlar, hökumətlər və müvafiq strukturlar artıq bu istiqamətdə işləyirlər və bu çox yaxşıdır. Hər iki ölkənin maraqları naminə bu işi davam etdirmək və dərinləşdirmək lazımdır", - o əlavə edib.
Simonyan, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərlərini müsbət qiymətləndirib.
Oxşar xəbərlər
Simonyan Sankt-Peterburqda Qafarova ilə görüşüb
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Alen Simonyan: Azərbaycanla demarkasiya üzrə fikir ayrılıqları yoxdur, proses davam edir
Ermənistan parlamentinin sədri: Azərbaycanla danışıqlar davam edir
Simonyan Azərbaycan Milli Məclisinin sədri ilə görüşə ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
