Cevdet Yılmaz: İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal nizam sanki geriyə qayıdır
Beynəlxalq qurumların təsirinin zəiflədiyi müşahidə olunur, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı sanki geriyə qayıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.
O bildirib ki, Türkiyə bu tendensiyanı öz bölgəsində də aydın şəkildə hiss edir.
C.Yılmaz vurğulayıb ki, risklər və çətinliklər çoxdur, lakin yeni imkanlar da yaranır:
"İkili əməkdaşlıqların və tərəfdaşlıqların əhəmiyyəti getdikcə artır. Hazırda qlobal səviyyədə əməkdaşlıq xüsusi önəm kəsb edir. Diplomatiyanın rolunu açıq şəkildə görürük və bunu münaqişələrin fonunda daha da aydın hiss edirik".
O, Türkiyənin NATO üzvü olduğunu xatırladaraq qeyd edib ki, eyni zamanda Türk Dövlətləri Təşkilatında təmsil olunur.
"Beynəlxalq qurumların formalaşmasında iştirak edən tərəflərdən biriyik. Biz müharibələrin deyil, diplomatiyanın tərəfdarıyıq. Ədalət və sülh əsas prioritetlərimizdir".
Oxşar xəbərlər
Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
Cevdet Yılmaz: Türkiyə sülhün təmin olunması üçün hər cür töhfəni verməyə hazırdır
Cevdet Yılmaz: Türkiyə investisiya mərkəzinə çevriləcək
Cevdet Yılmaz: Türkiyə Ukraynda sülhün təmin olunması üçün hər cür töhfəni verməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
