Kəmalə Məmmədova: Bakı və İrəvan arasında dialoqun qurulmasında medianın rolu vacibdir
sizinxeber.az xəbər saytı

Kəmalə Məmmədova: Bakı və İrəvan arasında dialoqun qurulmasında medianın rolu vacibdir


Bakı və İrəvan arasında dialoqun qurulmasında medianın rolu çox vacibdir.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "1News.az" internet portalının baş redaktoru Kəmalə Məmmədova "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, media mövzusu bugünkü panel müzakirələrində də əsas mövzulardan biri olub.

"Şübhəsiz ki, dialoqun formalaşmasında və konstruktiv sülh gündəliyinin təşviqində medianın rolu son dərəcə böyükdür. Avqust ayından, Vaşinqton sammitindən sonra bu tendensiya xüsusilə nəzərəçarpacaq dərəcədə olub. "Sülh Körpüsü" sülh təşəbbüsünün işə salınması ilə Azərbaycan mediasında erməni ekspertləri ilə, müvafiq olaraq da Ermənistan mediasında azərbaycanlı ekspertlərlə olan materialların, müsahibələrin sayı əhəmiyyətli dərəcədə artıb.

Həmkarların da qeyd etdiyi kimi, heyt-spiç (ədavət dili - red.) və nifrət dili səviyyəsinin azalması müşahidə olunur. Bu, prinsipial olaraq vacibdir. Sülhün nə olduğunu cəmiyyətə media vasitəsilə çatdırmaq da eyni dərəcədə vacibdir, çünki bir çoxları onun mahiyyətini sonadək dərk etmirlər. Sülh sazişinin hansı üstünlükləri və müsbət dəyişiklikləri gətirəcəyini izah etmək lazımdır. Biz bundan sonra da bu istiqamətdə ardıcıl işləmək niyyətindəyik", - K.Məmmədova vurğulayıb.

Oxşar xəbərlər

Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək
Fərhad Məmmədov: "Sülh Körpüsü" Bakı və İrəvanın vətəndaş cəmiyyətlərinə birbaşa ünsiyyət qurmağa imkan verir
Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir
Paşinyan Estoniya Prezidenti ilə Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər