Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
sizinxeber.az xəbər saytı

Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Qadın Qolunun 9-cu Toplantısı üçün İstanbula səfər edən iştirakçılarını qəbul edib.

"Report" xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Türkiyədə qadınlar hər sahədə, daha çox iş, daha çox əmək, daha çox əlavə dəyər yaradır", - Ərdoğan bildirib.

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP – International Conference of Asian Political Parties) Asiya regionunda 50-dən çox ölkədən 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.

Yeni Azərbaycan Partiyası (YAP) bu təşkilatın fəal üzvlərindən biridir. Azərbaycan mütəmadi olaraq ICAPP-ın mühüm tədbirlərinə ev sahibliyi edir. Bakıda 17 oktyabr 2025-ci il "Gülüstan" sarayında YAP-ın ev sahibliyi ilə ICAPP Daimi Komitəsinin 44-cü iclası və Asiya Mədəniyyət Şurasının 4-cü iclası keçirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib
Azərbaycan Prezidenti: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
Prezident İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb
YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında Cənubi Qafqazdakı yeni reallıqdan danışıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər