Azərbaycan Prezidenti: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək və genişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaq.
APA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.
“Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir”, - deyə Azərbaycan Prezidentinin məktubunda bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
Özbəkistan Prezidenti: Bakıda baş tutacaq COP29 İlham Əliyevin xarici siyasət sahəsində böyük tarixi zəfəridir
Özbəkistan Prezidinti: Bakıda baş tutacaq COP29 İlham Əliyevin xarici siyasət sahəsində böyük tarixi zəfəridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
