Türkiyə İrana humanitar yardım göndərib
sizinxeber.az xəbər saytı

Türkiyə İrana humanitar yardım göndərib


Türkiyə İrana humanitar yardım göndərib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu özünün "X" sosial media hesabında yazıb.

Məlumata görə, humanitar yardım tibbi ləvazimatlardan ibarət olub.

"İnsani prinsiplərlə könül coğrafiyamızın hər guşəsindəki məzlumlara dəstək olmağa, yaraları sağaltmağa və ümidləri yenidən cücərtməyə davam edirik. Bu inamla hazırlanmış tibbi ləvazimat və avadanlıqlarla yüklənmiş yardım TIR-larımız qonşu İrana doğru yola çıxıb. İnsanı həyatını diqqətdə saxlayan bir yanaşma ilə sahib olduğumuz bütün imkanları şəfa gözləyənlər üçün səfərbər etməyi davam etdirəcəyik", - nazir qeyd edib.

Oxşar xəbərlər

Türkiyə İrana tibbi yardım göndərib
Ermənistan İrana niyə yardım etmir?
Türkiyə Suriyaya humanitar yardım göndərib
Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər