Tbilisidə Gürcüstan-Qazaxıstan görüşündə regional bağlantı və strateji tərəfdaşlıq gündəmə gəlib
Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Tbilisidə keçirilən görüş zamanı Orta Dəhlizin inkişafını müzakirə ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş zamanı tərəflər Gürcüstan və Qazaxıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərini, müxtəlif sahələrdəki uğurlu əməkdaşlığı, eləcə də ikitərəfli əlaqələrin strateji səviyyəyə yüksəldilməsi məsələlərini müzakirə ediblər.
"Hazırkı qlobal siyasi proseslərə və aktiv münaqişələrə xüsusi diqqət yetirilib. Biz qeyd etdik ki, bu şəraitdə Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyin və sülhün qorunması qlobal əhəmiyyət kəsb edir. Eyni zamanda, mürəkkəb və sürətlə dəyişən geosiyasi vəziyyətdə Orta Dəhlizin artan rolu və regional bağlantının inkişafının vacibliyi vurğulanıb", - o yazıb.
M.Kavelaşvili Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyinə görə Yermek Koşerbayevə minnətdarlığını bildirib.
Y.Koşerbayevin Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüş keçirilib.
İ.Kobaxidze "X" sosial şəbəkəsindəki hesabında qeyd edib ki, tərəflər ölkələr arasında möhkəm və dostluq münasibətlərini, eləcə də tərəfdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər.
Oxşar xəbərlər
Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Gürcüstan Prezidenti Azərbaycan Baş naziri ilə strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə edib
Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
