Qazaxıstanda referendum baş tutmuş hesab edilir
sizinxeber.az xəbər saytı

Qazaxıstanda referendum baş tutmuş hesab edilir


Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda saat 14:00-a (Bakı vaxtı ilə saat 13:00) olan seçici fəallığı 51,93% təşkil edib ki, bu da qanuna görə, onun keçərli hesab edilməsinə imkan verir.

"Report" xəbər verir ki, rəqəmlər Mərkəzi Referendum Komissiyasının brifinqində açıqlanıb.

Komissiya katibi Şavxət Utemesovun təqdim etdiyi məlumatlara görə, vətəndaşların 51,93%-i və ya 6.471.378 nəfəri səs verib.

Referendum nəticələrinin etibarlı olması üçün iştirak sayı qeydiyyatdan keçmiş seçicilərin 50%-ni keçməlidir. Hazırda iştirak nisbəti tələb olunan həddən yuxarıdır.

Oxşar xəbərlər

Qazaxıstanda referendumda iştirak 37,54 faiz təşkil edib - YENİLƏNİB
Qazaxıstanda referendum - İlkin seçici fəallığı açıqlanıb
Qazaxıstanda referendumda seçici fəallığı 19,21 faizə çatıb
Qazaxıstanda yeni Konstitusiya layihəsi ilə bağlı referendum keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər