Ermənistan Apellyasiya Məhkəməsi iş adamı Karapetyanın həbsini qanunsuz hesab edib
Ermənistan Apellyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbsini qanunsuz hesab edib.
“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Liana Qasparyan sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, məhkəmə Karapetyanın qanunsuz həbs edildiyi və 9 saatdan artıq həbsdə saxlandığı barədə hökm çıxarıb. Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsi iş adamına qarşı cinayət işində daha bir qanun pozuntusu qeydə alıb.
Qasparyan hakim Artak Karapetyanın sədrlik etdiyi birinci instansiya məhkəməsinin onun həbsi ilə bağlı qərar qəbul edərkən bu halı nəzərə almamasına diqqət çəkib.
Xatırladaq ki, Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.
Oxşar xəbərlər
Apellyasiya Məhkəməsi Karapetyanın həbsi qərarını qüvvədə saxlayıb
Samvel Karapetyanın vəkilləri onun həbsi ilə bağlı qərardan kassasiya şikayəti verib
Karapetyan cəzaçəkmə müəssisəsinə köçürülüb
Samvel Karapetyan Ermənistan parlamentinin sabiq deputatını məhkəməyə verib
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
