sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyədə yanğını söndürməyə gedən su maşını dərəyə aşıb, üç nəfər ölüb
Türkiyənin Bursa vilayətində Gürsü və Kestel rayonları arasındakı ərazidə ölümlə nəticələnən yol qəzası baş verib.
"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, Bolu vilayətindən meşə yanğınını söndürməyə gedən su maşını dərəyə yuvarlanıb.
Faciə nəticəsində 3 nəfər həlak olub.
Məlumata görə, su maşını naməlum səbəbdən dərəyə yuvarlanıb.
Sürücü hadisə yerində həlak olub, maşında olan digər iki nəfər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq, hər ikisi sonradan vəfat edib.
Qeyd olunur ki, həlak olanlar yanğınların söndürülməsinə kömək etmək üçün bölgəyə gələn çoxsaylı könüllülərdən olublar.
Oxşar xəbərlər
Türkiyədə ağır yol qəzası olub, üç nəfər ölüb, iki nəfər yaralanıb
Pakistanda avtomobil dərəyə yuvarlanıb: bir ailənin 8 üzvü həlak olub
Əfqanıstanda mikroavtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb, 6 nəfər yaralanıb
Eskişehirdə meşə yanğınını söndürərkən ərazidə çalışan 10 nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













