Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir
Ermənistan baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Acapaxyanın cinayət təqibinin qanunsuz olması ilə bağlı bəyanatına reaksiya verib.
"Report" erməni KİV-inə istinadən xəbər verir, Paşinyan sosial şəbəkələrdəki paylaşımında onları ölkədə hərbi çevriliş hazırlamaqda ittiham edib.
"Əgər Ktriç Nersisyan (II Qaregin) Vazgen Qalstanyan və Gevorg Acapaxyanın saxlanılmasını qanunsuz hesab edirsə, deməli o, yuxarıda adı çəkilən şəxslərin hərbi çevriliş həyata keçirmək, ölkədə xaos yaratmaq ideologiyasını və planlarını dəstəkləyir", - o qeyd edib.
Xatırladaq ki, iyunun 26-da Ermənistan İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının rəhbərləri və iştirakçıları arasından 15 nəfərin ölkədə terror aktları təşkil etmək və hakimiyyəti ələ keçirmək üzrə cinayət işi çərçivəsində iki ay müddətinə həbs edildiyi barədə məlumat yayıb. Həbs edilənlər arasında hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan, daha iki din xadimi var. Daha sonra həbs edilənlərin sayı 16-ya çatıb.
Oxşar xəbərlər
Paşinyan yeni katolikosu müəyyən edəcək seçkilərin keçirilməsinin vacibliyini bəyan edib
Ermənistan parlamenti səs çoxluğu ilə hakimiyyətin zorakılıqla dəyişdirilməsi cəhdini pisləyib
Baqrat Qalstanyan terror aktı hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur - YENİLƏNİB
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb
Nikol Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













