Türkiyə XİN: İraq siyasi elitasında və dövlət idarəçiliyində türkmənlər təmsil olunmalıdır
sizinxeber.az xəbər saytı

Türkiyə XİN: İraq siyasi elitasında və dövlət idarəçiliyində türkmənlər təmsil olunmalıdır


Türkiyə Xarici İşlər Nazirliyi İraqın Kərkük bölgəsindəki hadisələri yaxından və həssaslıqla izləyir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici siyasət idarəsinin sözçüsü Öncü Keçeli "X" sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, İraq siyasi elitasında və dövlət idarəçiliyində türkmənlər təmsil olunmalıdırlar:

"Bu məsələ Kərkük başda olmaqla Əyalət Şurasında və bütün ictimai qurumlara ediləcək təyinatlar və tapşırıqlar kontekstində önəmlidir".

Qeyd edək ki, İraqın Kərkük bölgəsində türkmənlərin sıx yaşadığı Altunköprü rayonunda bələdiyyə sədri dəyişikliyində türkmənlərin yer almaması yerli əhalinin reaksiyasına səbəb olub. Yüzlərlə türkmən yerli hökumətdən kənarda qaldıqlarını əsas gətirərək nümayişə başlayıb.

Bu hadisələrdən sonra Kərkükdəki yerli hökumət rayondakı bütün qurum və təşkilatlarda vəzifə bölgüsünü nəzərdən keçirmək üçün komissiya yaratmağa qərar verib.

Oxşar xəbərlər

Suriya üzrə araşdırmaçı: “Türkiyə bütün hallarda Suriya türkmənlərinin yanındadır və olacaq”
Türkiyə ordusu İraq və Suriyada yeni əməliyyat keçirib, PKK-nın üç üzvü öldürülüb
İraq və Suriyanın şimalında beş terrorçu öldürülüb
“Haber Global”: Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyir
Türkiyə hərbçiləri İraq və Suriyada altı terrorçu öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle