“Haber Global”: Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyir
sizinxeber.az xəbər saytı

“Haber Global”: Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyir


Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” platformasında dərc olunan məqalədə qeyd olunub.

Məlumata görə, yeni administrasiyada yer almadıqlarını deyən türkmənlər bundan narahat olduqlarını bildiriblər:

“Rejim ordusuna qarşı döyüşən, həm İŞİD, həm də YPG-nin hədəfində olan türkmənlər vətəndaş müharibəsində böyük itkilər veriblər. Suriya Türkmən Dərnəkləri Federasiyasına daxil olan bütün təşkilatlar inqilaba sevindiklərini, lakin onlara müraciət edilmədiyi üçün üzüldüklərini ifadə ediblər”.

Türkmənlərin adından çıxış edən Dr. Cevizci yeni administrasiya ilə bağlı ümumi narahatlıqlarını dilə gətirərək yeni dövrü formalaşdıracaq Suriya Milli Dialoq Konqresinə dəvət olunmaq istədiklərini ifadə edib:

“Suriya multikultural bir quruluşa malikdir. Ancaq Suriyada qurulan keçid administrasiyasının bəzi təyinat və qərarlarda təkbaşına hərəkət etməsi bizi narahat edir. Biz daha əhatəli və plüralist olmaq istəyirik”.

Türkmənlər İŞİD və YPG təhlükəsinin davam etdiyi halda, Suriya Milli Ordusunun ləğvindən narahat olduqlarını vurğulayıblar:

“Suriya bölünmə riski ilə üzləşdiyi halda, bu, erkən qərardır. Suriya türkmənləri heç bir şəkildə etnik məzhəb prinsiplərinə əsaslanan konstitusiya tələb etmir”.

İstanbulda toplanan türkmən təşkilatları həmçinin etnik əsaslı konstitusiyaya qarşı olduqlarını da söyləyiblər:

“Suriyada ərəblərdən sonra ikinci ən böyük toplum olduqlarını bildirən türkmənlər türkcə təhsil tələb edirlər. Suriya türkmənlərinin digər mühüm tələbi isə Əsəd rejimi dövründə baş verən torpaq zəbtlərinə son qoyulması və türkmən icmasına qarşı haqsızlıqların aradan qaldırılmasıdır”.

Oxşar xəbərlər

Suriya üzrə araşdırmaçı: “Türkiyə bütün hallarda Suriya türkmənlərinin yanındadır və olacaq”
“Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır
Türkiyə Suriya ilə sərhədin qorunmasında milli texnologiyadan geniş istifadə edir
Fransızların, əsədlərin dandığı türkmən varlığı – Suriya imtahanla üz-üzə - ŞƏRH
Suriya XİN: Ölkə tarixində yeni səhifə açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle