sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi və yük daşımaları müzakirə ediləcək
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyədə iki ölkə arasında ticarət dövriyyəsi və yük daşımaları ilə bağlı məsələləri müzakirə edəcək.
Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.
"Nazir iki ölkə arasında ticarət dövriyyəsi, yük daşımaları və tranzit məsələlərini həll etmək üçün iyunun 27-də Türkiyəyə yollanır", - məlumatda bildirilir.
Məlumata görə, Xudatyan Qlobal Nəqliyyat Bağlantısı Forumunda iştirak etmək üçün Ankaraya gedir.
"Lakin bir sıra mənbələrin məlumatına görə, erməni məmurun səfərinin əsl məqsədi yuxarıda qeyd olunan məsələlərin konstruktiv həlli və Türkiyə ilə münasibətlərin qurulmasıdır", - nəşrlər qeyd edir.
Oxşar xəbərlər
Overçuk: Bu il Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 16 milyard dollara çata bilər
Ötən il Çinlə ABŞ arasında ticarət dövriyyəsi 3,7 % artıb
Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”
Putin: 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













