Putin Ukrayna ilə danışıqları iyunun 22-dən sonra davam etdirməyə hazır olduğunu tədiqləyib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında rəsmi Moskvanın iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.
“Sizinxeber.az”un TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Rusiya tərəfi razılaşdırıldığı kimi, iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Donald Tramp bu məlumatı nəzərə alıb və bir daha Rusiya-Ukrayna münaqişəsinin tez bir zamanda dayandırılmasında maraqlı olduğunu qeyd edib", - Kremlin nümayəndəsi bildirib.
Xatırladaq ki, iyunun 2-də Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında bərpa olunmuş birbaşa danışıqların ikinci raundu keçirilib. Görüş bir saatdan çox davam edib. Tərəflər münaqişənin həlli aspektlərinə dair baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar.
Danışıqlardan sonra Rusiya və Ukrayna ağır xəstə və gənc (25 yaşa qədər) məhbusları “hamı hamı üçün” formatında - hər tərəfdən azı 1000 nəfərlə mübadilə etmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib
Yuri Uşakov: Putin və Tramp Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər
Dövlət Departamenti: Rusiya-Ukrayna danışıqlarının uzanmayacağını gözləyirik
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
