Yuri Uşakov: Putin və Tramp Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin bütün məsələlərdə, o cümlədən Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə prezidentlər arasında telefon danışığından sonra Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Prezidentlər dərhal Ukraynadakı münaqişənin həlli ilə bağlı məsələlərin dərindən müzakirəsinə başladılar, o cümlədən bu yaxınlarda İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarını nəzərə alaraq. Prezidentlər Ukrayna mövzusu da daxil olmaqla, qaldırılan bütün məsələlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, - o deyib.
Uşakov əlavə edib ki, iki liderin söhbətində Ukraynada mümkün atəşkəs üçün son tarix və müddət məsələsi müzakirə olunmayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti amerikalı qanunvericilər tərəfindən hazırlanan Rusiyaya qarşı yeni sanksiyalar layihəsini də xatırladıb, lakin özünü məhdudiyyətlərin deyil, razılaşmaların tərəfdarı adlandırıb.


width="220" alt="Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb" />
width="220" alt="Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />