İran Nətənzdəki nüvə obyektində radioaktiv maddələrin sızması faktını təsdiqləyib
sizinxeber.az xəbər saytı

İran Nətənzdəki nüvə obyektində radioaktiv maddələrin sızması faktını təsdiqləyib


İsrailin zərbəsi nəticəsində İranın Nətənzdəki nüvə obyektində radioaktiv maddələrin kiçik sızması baş verib.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi bildirib.

Onun sözlərinə görə, çirklənmə xarici mühitə yayılmayıb.

“Nətənzdə zədələr əsasən səthi xarakterlidir, çünki obyektin əsas hissəsi bu yerdə yeraltındadır. Obyektin daxilində çox kiçik sızma baş verib, çirklənmə xarici mühitə heç bir şəkildə yayılmayıb. Buna görə də radioaktiv çirklənmə baxımından insanlar əmin ola bilərlər ki, problem yoxdur”, – Kamalvəndi söyləyib.

CNN telekanalı iki amerikalı rəsmiyə istinadən bildirir ki, İsrailin İranın Nətənzdəki nüvə obyektinə zərbələri “son dərəcə effektiv olub və xarici konstruksiyaların səthi zədələnməsindən çox kənara çıxıb”, uran zənginləşdirmək üçün istifadə olunan sentrifuqaların saxlandığı aşağı səviyyələrdə elektrik enerjisini sıradan çıxarıb.

“Bu, tammiqyaslı blits (qısa müddətdə qələbə çalmağı nəzərdə tutan strategiya – red.) idi”, – ziyanın ilkin qiymətləndirmələri ilə tanış olan başqa bir mənbə bildirib və əlavə edib ki, İsrailin obyektə hücumu, görünür, həm də kiberelementləri əhatə edib.

Elektrik enerjisinin kəsilməsinə nəyin səbəb olduğu – kiberhücumların, yoxsa kinetik zərbələrin hələ aydın deyil.

Oxşar xəbərlər

İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib
Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib
İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkarlanmayıb
Qrossi: Natanz nüvə obyektindən kənarda radiasiya səviyyəsi dəyişməyib
BAEA nüvə obyektinə zərbədən sonra İran hakimiyyəti ilə əlaqə saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle